"Tottenhem" irqçi azarkeşlərini ömürlük cəzalandırır

25.12.2019 | 6077 dəfə oxunub

"Tottenhem" Premyer Liqanın XVII turunun "Çelsi" ilə oyununda (0:2) rəqib komandanın müdafiəçisi Antonio Rudigerə qarşı irqçilik edən yerli azarkeşlərlə bağlı bəyanat yayıb.

Stadium.Az xəbər verir ki, bu cür halları pisləyən London klubu həmin hərəkətə yol verənlərin ən sərt şəkildə cəzalanacağını bildirib:

"Hər bir azarkeşi kameraların köməkliyi ilə izləyə bilirik. Videomüşahidə üçün xeyli vaxt sərf etdik. Məsələni aydınlaşdırmaq üçün insanların dodaq hərəkətlərinə fikir verdik və əlavə məlumatlar üçün "Çelsi" nümayəndələri ilə əlaqə saxladıq. Matçda iştirak edən digər tərəflərin açıqlamalarını da götürdük. Polislər araşdırma zamanı bizə kömək edəcəklər. Əmin olun ki, biz məsələni dəqqətlə araşdıracağıq.

Klubumuz bütün yarışlarda irqçiliklə mübarizə təcrübəsi ilə fəxr edir. Günahı təsdiqlənən istənilən fanata ömürlük qadağa qoyulacaq. İndiki məqamda isə araşdırmamız hələ başa çatmayıb".

Sözügedən matçda bəzi "Tottenhem" azarkeşləri Rudiger haqda irqçi şüarlar səsləndiriblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail