“Qarabağ”dan Riçard Almeydanın klubdan ayrılmasına açıqlama

24.12.2019 | 5758 dəfə oxunub

“Qarabağ” Riçard Almeydanın klubdan ayrılması ilə bağlı Qazaxıstan mətbuatına verdiyi açıqlamaya münasibət bildirib.

Stadium.Az xəbər verir ki, klubun direktoru Əmrah Çelikel bildirib ki, onlar futbolçuya yeni müqavilə təklif ediblər: “Danışıqlar olub. Biz təklifimizi irəli sürmüşük və hazırda ondan cavab gozləyirik. Qazaxıstan mediasında dediklərini bizim saytlarda görmüşük. Almeydanın bizimlə müqaviləsi başa çatıb. Bizə klubdan ayrılması ilə bağlı heç nə deməyib”.

Klub rəsmisi Almeydanın “Qarabağ”dan illik 650 min dollar tələb etməsi haqda xəbərlərə də toxunub: “Klubun maliyyə balansı var ki, onu poza bilmərik. Maaşını artırmaq istəməsi haqda xəbərlər doğrudur. Onun belə bir şərt irəli sürməsini başa düşürük. Hazırda azad agentdir. Amma qeyd etdiyim kimi, biz onunla yeni müqaviləni digər futbolçularla da maliyyə balansını qorumaqla bağlaya bilərik. Ayrılmaq haqda açıqlamasına gəlincə, şəxsən özü bizə bu haqda heç nə deməyib”.

Çelikel onu deyib ki, “Qarabağ”ın Almeydanın son müqavilədəki maaşı azaltması barədə fikirlər isə doğru deyil: “Belə bir şey olmayıb”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail