Canni İnfantino çempionatların birləşdirilməsinə razıdı

23.12.2019 | 6151 dəfə oxunub

FIFA milli çempionatların birləşdirilməsi ilə bağlı müzakirələrə razılıq verib. Stadium.Az xəbər verir ki, bu barədə qurumun rəhbəri Canni İnfantino ESPN-ə müsahibəsində bildirib.

O, təklifləri dinləməyə hazır olduqlarını söyləyib: “Müzakirələrə açıq olmalıyıq. Belçikalılar və hollandiyalılar Benilüks çempionatının yaradılması məsələsini müzakirə edirlər. Bu diskussiyalar 20 ildir davam edir. Amma biz həmişə imtina etmişik. Çünki milli çempionatlar hər şeydən öncə gəlir. Ancaq bəlkə də bu variant fayda verəcək. Bu, bəzi hallarda irəliləməyin yeganə yolu ola bilər. Afrika üçün oxşar bir şey təklif etdim. Düşünürəm ki, imkanları araşdırmalıyıq”.

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin futbol komandalarının vahid çempionatda çıxış etməsi məsələsi də dəfələrlə müzakirə olunub.

FIFA hazırda yalnız ABŞ və Kanada klublarının vahid yarışda – MLS-də mübarizə aparmalarına icazə verir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail