"Azərbaycan çempionatında vəziyyət çətin idi"

22.12.2019 | 4981 dəfə oxunub

Bolqarıstan millisinin futbolçusu Simeon Slavçev “Qarabağ”dan ayrılması ilə bağlı yeni açıqlama verib. Stadium.Az xəbər verir ki, ölkəsinin “Topsport” nəşrinə müsahibəsində o, Ağdam klubu ilə müqaviləni qarşılıqlı razılıq əsasında pozduqlarını deyb:

"Qərara aldım ki, oynamalıyam. Orada (Azərbaycan çempionatında – red.) vəziyyət çətin idi. Əcnəbilərə limit tətbiq olunur. Hər çempionat oyununda 21 yaşadək futbolçu 90 dəqiqə meydanda olmalıdır. Avropa Liqası başa çatandan sonra komanda yalnız daxili çempionatda mübarizə aparır. Ona görə də oynamaq şanslarım xeyli azaldı".

Slavçev Sofiyanın "Levski" klubuna keçəcəyi ilə bağlı iddialara da münasibət bildirib: "Rəsmi təklif almamışam. Bəzi klublarla şifahi danışıq olub. Ancaq onların adlarını çəkmək doğru olmaz. "Levski" məsələsinə gəlincə, bu barədə nəsə demək istəmirəm. Tezliklə hər şey bilinəcək. Səbirsizliklə yeni klubumu gözləyirəm. Tezliklə qərar qəbul edəcəm. Hazırkı məqamda isə bunu şərh etmək istəmirəm. Köhnə klubumdan yenicə ayrılmışam. Karyeramı harada və necə davam etdirəcəyimi düşünürəm.

Təkliflərim var. Bəzi məlumatlar isə sadəcə şayiədir. Gələcəyimlə bağlı heç nə məlum deyil. Bu barədə konkret düşünməmişəm. Səyahət edərkən bütün gecəni yatmamışam. Hələ gözləyirəm. Tezliklə yenilik olacaq. Bolqarıstana qayıtmaq variantını da istisna etmirəm. Futbolda heç nəyi əvvəlcədən bilmək olmur. Yalnız yaxınlarım bilir ki, bundan sonra nə olacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail