1112 gün sonra əlavə vaxt

20.12.2019 | 5976 dəfə oxunub

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Zirə” və “Səbail” arasında cavab oyununda əlavə vaxta ehtiyac olub.

Stadium.Az xəbər verir ki, hər iki qarşılaşmanın 90 dəqiqəsi qolsuz başa çatdığından yarımfinalçı əlavə yarımsaatda müəyyənləşib. Maraqlıdır ki, bu, son üç ildə ilk belə hadisədir. 2017/18 və 2018/19 mövsümlərində, cari turnirin əvvəlki mərhələsində belə hal yaşanmayıb.

Əlavə vaxtın oynanıldığı son matç 2016/17 mövsümünün 1/8 finalına təsadüf edib. “Qəbələ” və “Zaqatala” arasında 2:2 hesabı ilə başa çatan görüşün əlavə 30 dəqiqəsi də qalibi müəyyənləşdirmədiyindən hətta penaltilər seriyasına ehtiyac yaranıb. Bu qarşılaşma 2016-cı il dekabrın 2-də keçirilib.

Növbəti belə hadisə 1112 gündən sonra Zirədə qeydə alınıb. Bu üç ildə Azərbaycan kuboku ilə bağlı qəbul olunan yenilik də ilk dəfə tətbiq edilib. 2018/2019 mövsümündən əlavə vaxt olan qarşılaşmalarda əlavə 4-cü əvəzetməyə icazə verilməsi barədə qərar qəbul olunub. Amma “Zirə” – “Səbail” görüşünə qədər yenilikdən istifadə olunması alınmayıb. Çünki əlavə vaxt olmayıb. Adıçəkilən qarşılaşmada “Zirə” üç əvəzetmə ilə kifayətlənib. Qonaqlar isə yenilikdən 118-ci dəqiqədə Vüqar Bəybalayevin Rahid Əmirquliyevi əvəzləməsi zamanı yararlanıb. Bu, ölkə futbolunda əlavə vaxta görə verilən artıq əvəzetmə sayəsində ilk oyunçu dəyişikliyi olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail