Elmar Baxşıyev: "Büdcəyə uyğun addımlar atılacaq"

20.12.2019 | 5797 dəfə oxunub

"İlk oyundakı uğurlu nəticədən sonra bu matçda da qələbəni gətirmək istəyirdik. Komandanı sırf qələbəyə kökləyirdik".
 
Stadium.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun 1/4 finalının "Sabah"la cavab matçından sonra mətbuat konfransında deyib.

O, 3:2 hesabı ilə qalib gələrək mərhələ adladıqları oyunu şərh edib: "İlk oyundakı qələbəni unudub, bu oyuna kökləndik. Komandanın yaxşı forma yığdığı bir vaxtda Premyer Liqada fasilənin yaranmasına təəssüflənməyə dəyməz. Əksinə, daha yaxşı hazırlaşmaq üçün vaxtımız olacaq. Əsas odur ki, komanda istədiyimizi edir. Çalışacağıq ki, bu heyəti saxlayaq. Büdcəyə uyğun addımlar atılacaq. İki mövqeyi gücləndirmək istəyərdik. Mənim üçün əsas futbolçularımın tapşırıqları düzgün yerinə yetirməsidir.

Məşqçi və ya baş məşqçi kimi olmağımın mənim üçün böyük fərqi yox idi. Əsas o idi ki, futbolçular tapşırıqları düzgün yerinə yetirdi".
 
Baxşıyev "Qəbələ"nin yetirməsi olan Bəhlul Mustafazadənin qollarına sevindinizmi" sualına bellə cavab verib: "Bəhlul Mustafazadənin dubl etməsinə yox, özümüzə görə sevinirəm. Komandanın 2 oyuna 6 qol vurması sevindirici haldır. İstədiyimiz də odur ki, matçın 60-70 faizini hücumda keçirək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail