Zidan: " İzahat verməyə ehtiyac duymuruq, önəmli odur ki, oynayacağıq"

17.12.2019 | 5334 dəfə oxunub

"Real"ın baş məşqçisi Zinəddin Zidan "Barselona" ilə La Liqanın X turundan təxirə salınmış oyun ərəfəsində fikirlərini bölüşüb.

Stadium.Az xəbər verir ki, 47 yaşlı fransalı mütəxəssis görüş ərəfəsində rəqib komanda ilə eyni oteldə qalmağı problem hesab etmədiyini söyləyib:

“Son matçlarda yaxşı oynayırıq. İşlərin gedişindən məmnunuq. Bizə "Barselona" ilə oteldən eyni vaxtda çıxmağı söylədilər, elə də edəcəyik. İzahat verməyə ehtiyac duymuruq, önəmli odur ki, oynayacağıq. Qarşılaşmanın mümkün ləğvi barədə düşünmürəm. Enerjimizi sahəyə yönəltməliyik. Bu, oyuna yaxşı hazırlaşmağın yeganə yoludur. “El-Klasiko”larda necə oynadığımı xatırlayıram. Nə ilə üzləşəcəyimizi bilirik. Onların Messisi, bizim isə öz silahımız var”.

Komandalar 16 oyundan 35 xal toplamaqla, La Liqada liderliyi bölüşürlər. Dekabrın 18-də “Kamp Nou” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

"Barselona" və "Real" komandaları matç öncəsi eyni oteldə qalacaqlar. Oyunda təhlükəsizlik xidmətinin 3000 əməkdaşı çalışacaq. Hər iki komanda oteldən iki ayrı-ayrı avtobusla çıxacaq. Onları 12 polis avtomobili müşayiət edəcək. Otel stadiondan 750 metr aralıda yerləşir ki, bu da bloklamanın baş verməməsi üçün seçilib. Gücləndirilmiş təhlükəsizlik tədbirləri Kataloniyanın müstəqilliyinin tərəfdarlarının etirazları ilə əlaqədardır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail