Aftandil Hacıyev: "10 oyun qalib gəlməmək böyük problem deyil"

08.12.2019 | 6413 dəfə oxunub

"Qış fasiləsindən öncə son oyun idi. Axırıncı pillədən qurtula bilərdik. Amma bacarmadıq. Heyətimizi rəqiblə müqayisə edə bilmirik. Ustalıq səviyyəsi "Zirə"də daha çox idi. Rəqibin ustalıq səviyyə ümidlərimizi puç elədi".

Stadium.Az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın 14-cü turunda səfərdə "Zirə"yə 1:4 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis komandada zədəli oyunçuların olduğunu söyləyib: "Demirəm ki, məndə günah yoxdur. 10 oyun qalib gəlməmək böyük problem deyil. Daha böyük problemlər var. Tapşırıq olub ki, daha gənc oyunçulara şans verək. Bundan danışmaq lazımdır. Meydanda 3 limit futbolçumuz var idi. Təcrübəli futbolçular bu vəziyyətlə barışmaq istəmirlər. Onlar iddialı klublarda çıxış etmək istəyirlər. İddiamız zəifləyib deyə onlar da narahatdır. Hər kəs çalışır ki, maksimum dərəcədə çıxış etsin. Bu gənc oyunçuların ilk illəridir. Onların oyun sayı artmalıdır ki, təcrübələri də çoxalsın. Ona görə rahatam ki, heyətimiz gəncdir. Onları milli komandaya qazandıra bilərik. Mənim dövrümdə komandada pozitiv hallar daha çoxdur. Yeganə narahatlıq odur ki, sonuncu pillədə gedirik. Bu məni razı sala bilməz".

Hacıyev klubla müqaviləsinin davam etdiyini əlavə edib: "Çempionat başlayandan sonra komandanı tərk edənlər oldu. Fasilədə də gedənlərin sayı artacaq". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail