Nizami Paşayev 10 ildən sonra dünya çempionu adını qazandı

07.12.2019 | 5748 dəfə oxunub

Beynəlxalq Ağır Atletika Federasiyası rəsmi şəkildə qazaxıstanlı atlet Vladimir Sedovu 8 illik diskalifikasiya edib və 2008-2016-cı illərdə qazandığı nəticələri ləğv edib.

Stadium.Az xəbər verir ki, buna səbəb Sedovoun 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testinin təkrar analizlərinin müsbət nəticə verməsidir. Beləliklə, onun dünya çempionatından qazandığı üç medal (qızıl, gümüş və bürünc), eləcə də, Asiya birinciliyi zamanı əldə etdiyi üç mükafat (iki qızıl və bir gümüş medal) əlindən alınacaq.

Vladimir Sedov 2009-cu ildə Cənubi Koreyanın Koyanq şəhərində keçirilmiş dünya çempionatında 94 kq-da qızıl medal qazanarkən ikinci yeri azərbaycanlı idmançı Nizami Paşayev tutub. Dopinq testlərinin nəticələrindən sonra 2009-cu ildə keçirilən dünya çempionatının qalibi Paşayev olub. Bu, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının saytında da qeyd olunub.

Nizami Paşayev 2002 və 2009-cu illərdə də dünya çempionu olub. Onun aktivində 2001-ci ilin Avropa çempionluğu da var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail