Xulen Lopeteqi : "Ən uyğun olan start heyətlə meydana çıxmağa çalışacağıq"

27.11.2019 | 4935 dəfə oxunub

"Rəqibə və özümüzə böyük hörmətlə yanaşırıq. "Qarabağ" kollektiv futbol oynayır. Üç xal qazanmaq üçün maksimum həvəslə çıxış etməliyik".

Stadium.Az xəbər verir ki, bu sözləri  "Sevilya"nın baş məşqçisi Xulen Lopeteqi Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda sabah “Qarabağ”la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

O, start 11-liyi özü üçün müəyyən etdiyini bildirib: "Kimin oynayacağı ilə bağlı az-çox fikrim var. Əhəmiyyətli olan oyunçuların rəqabət apara bilməsidir. Heyətdə gənc oyunçularımız var. Onlarda aclıq hiss olunur, meydana maksimal motivasiya ilə çıxacaqlar. Ən uyğun olan start heyətlə meydana çıxmağa çalışacağıq.

İki hücumçu ilə oynamaq ideyam var, amma əsas məsələ mübarizə aparmaqdır. Çünki rəqibimiz qarşısına çox böyük hədəf qoyub. Bu, Avropa Liqası matçı olduğundan, qalib gəlmək və yaxşı oynamaq istəyirik. Bununla yanaşı,  xal qazanmağım bizim üçün önəm kəsb etmədiyini nəzərə alaraq, daxilən motivasiya olunmağa çalışacağıq. Bu halda, biz ən güclü tərəf olacağıq".

53 yaşlı mütəxəssis sabahkı görüşdə əsas məqsədlərinin qalib gəlmək olduğun eyd edib:  "Bütün oyunlar çox çətin və bərabərdir. İlk növbədə qalib gəlməli, daha sonra yaxşı mübarizə barədə düşünməliyik. Futbolçularımız məşqlərdə yaxşı çalışırlar. Bu, önəmli amildir".
Lopetegi kapitan Xesus Navasın sabahkı matçda meydanda olmayacağını da açıqlayıb.

“Sevilya” – “Qarabağ” matçı noyabrın 28-də "Ramon Sances Pisxuan"  stadionunda keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail