Almeyda: "Motivasiyamız necə lazımdırsa, var"

02.11.2019 | 5706 dəfə oxunub

“Nəzərə alaq ki, çempionatdakı əsas rəqibimizə qarşı oynayırdıq. Təbii ki, qələbə hamımızı daha çox məmnun edərdi. Amma 1 xal da 1 xaldır. Ona görə də evə məmnun dönə bilərik. Qarşıda APOEL-lə daha önəmli oyun var. Artıq bütün diqqətimizi ona yönəltmişik”

Stadium.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Riçard Almeyda Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə “Neftçi” ilə qolsuz heç-heçə etdikləri matçdan sonra jurnalistlərə açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi 2-ci hissədə oyunun təşəbbəsünü əldən verdiklərini söyləyib: “İlk dəqiqələrdən oyuna yaxşı başladıq. Ümumiyyətlə, ilk hissədə yaxşı oynadığımızı düşünürəm. Biz “Neftçi” ilə oyuna köklənmişdik. Bəlkə də, 2-ci hissədə bir az təşəbbüsü əldən verdik. İlk hissədə oyunu qurmaq cəhdlərimizi 2-ci hissədə “Neftçi” analiz edərək, qarşısını aldı. Yəni, boşluqlar vermədi. Buna görə də hücuma çıxmaqda çətinlik çəkirdik. Qeyri-adi heç nə baş vermədi. Futbolda olan şeydir. Biz sabahdan APOEL-lə oyunu düşünməyə başlayacağıq”.

O, hələ çempionluq haqda danışmağın tez olduğunu deyib: “Hələ çempionatın sonuna çox var. Yanvara qədər də hadisələr dəyişə bilər. Bütün bunları nəzər almaq lazımdır. “Neftçi”nin əsas rəqibimiz olduğunu qeyd etdim, amma geridən “Zirə”, “Səbail” də gəlir. Onlara da hörmətlə yanaşmaq lazımdır. Hələ çempionluq barədə danışmaq üçün çox erkəndir”.

Almeyda Avroliqanın qrup mərhələsinin növbəti turunda səfərdə APOEL-lə keçiriləcək oyuna haqda da fikirlərini bildirib: “Motivasiyamız necə lazımdırsa, var. Ötən dəfə verdiyim müsahibədə bildirmişdim ki, burada oynadığımız oyundan ən azı, 3 dəfə güclü oynamalıyıq ki, istəyimizə çataq. Ümid edirəm ki, tanrı da bizim əziyyətimizi yerdə qoymayacaq və bu dəfə bizi növbəti mərhələyə keçməklə mükafatlandıracaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail