Messi Peleye çatır

30.10.2019 | 5652 dəfə oxunub

"Barselona"nın kapitanı Lionel Messi İspaniya La Liqasının XI turunda "Valyadolid"lə keçirilən oyunda dubl etməklə öz göstəricilərini daha da yaxşılaşdırıb.

Stadium.Az xəbər verir ki, 32 yaşlı oyunçu 34-cü dəqiqədə toru silkələyərək, karyerası ərzində cərimə zərbəsindən vurduğu qolların sayını 50-yə çatdırıb. Leo bunun 6-nı Argentina yığmasında, 44-nü isə "Barsa"da reallaşdırıb.

Messi hazırkı baş məşqçi Ernesto Valverdenin rəhbərliyi altında ümumi qollarının sayını da 101-ə çatdırıb. Bu isə hələlik ən yaxşı 3-cü göstəricidir. Çünki Messi Luis Enrikenin dönəmində (158 oyunda) 153 qol, Pep Quardiolanın dövründə isə (219 oyunda) 211 qol vurub.

Messi dünənki qarşılaşmada dublla həm də klub karyerasında qollarının sayını 608-ə çatdırıb. O, bunu 695 görüşdə bacarıb. Leo klub karyerası ərzində 813 görüşdə 606 dəfə fərqlənən "Yuventus"un portuqaliyalı hücumçusu Kriştianu Ronaldonu geridə qoyub. Orta məhsuldarlıq Messidə 0, 87 qol, Ronaldoda isə 0,75 qoldur. Messi "Santos"un heyətində 643 qola imza atan futbol kralı Peledən cəmi 35 top geri qalır.

"Valyadolid" üzərində 5:1 hesablı qələbə qazanan Barcelona liderliyini davam etdirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail