"Mbappenin belə danışması məni məyus etdi"

29.10.2019 | 7654 dəfə oxunub

Fransa yığmasının heyətində 1998-ci ildə dünya çempionu olan Kristof Dyuqari PSJ-nin futbolçusu Kilian Mbappeyə məsələhət verib.

Stadium.Az xəbər verir ki, Dyuqari Mbappeyə tövsiyə edib ki, komandanın maraqları naminə daha çox çalışsın. Dyuqarini ÇL-də "Brugge" ilə qarşılaşmadan (5:0) sonra verdiyi açıqlama da narazı salıb.

"Brugge" ilə oyunda sonradan meydana çıxan və het-trik edən Mbappe qarşılaşmadan sonra belə demişdi:

"Mən start heyətində meydana çıxmaq istəyirdim. Amma məşqçi belə qərar verdi. Məşqçinin qərarına hörmət edirəm. Ancaq sübut etmək istəyirdim ki, PSJ-yə mənsiz çox çətin olar”.

Dyuqari deyir ki, Mbappenin bu açıqlaması onun özünə vurğunluğundan xəbər verir: "Onun belə danışması məni məyus etdi. Ola bilsin ki, mən başqa nəslin nümayəndəsi olduğum üçün belədir. Müasir futbol məni təəccübləndirir. İndi kollektiv sənin üçün prioritet hesab edilmir. Mən demirəm ki, Kilian yaxşı oğlan deyil. Ancaq o, bir neçə dəfə xoş olmayan ifadələr işlədib. Mən elə gəlir ki, o, neymarlaşıb. Ona tövsiyə edirəm ki, Quye, Erreyra, Di Mariya ilə daha çox söhbət etsin. Qorxuram ki, bu oğlana olan ümidlərimiz özünün doğrultmasın”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail