"Qarabağ"ın hücumlarının qarşısında tab gətirmək Maykl Essyen üçün də çətin idi"

28.10.2019 | 5719 dəfə oxunub

"Maraqlı oyun alındı. Birinci dövrədə böyük hesabla uduzmuşduq. Bu gün isə hər iki kollektiv qələbə qazana bilərdi. İlk yarıda qol epizodlarımız oldu. Son ötürmələrdə dəqiqlik yox idi. Bu isə bizi narahat edir. "Qarabağ" kimi rəqibə qarşı belə mübarizə aparmaq müsbət haldır. İkinci dövrədə xal qazana bilmirik və bu, bizi razı sala bilməz. Matçı unudub, növbəti görüşə hazırlaşmalıyıq".
 
Stadium.Az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın 9-cu turunda səfərdə "Qarabağ"a məğlub olduqları (0:1) matçdan sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis bildirib ki, meydana qələbə üçün çıxmışdılar: "Bir xal bizim üçün yaxşı olardı. Çalışdıq, əziyyət çəkdik. "Qarabağ"ı tək biz yox, digər komandalar da məğlub edə bilmir. Bu, rəqibin səviyyəsindən xəbər verir". 
 
O, Mirabdulla Abbasov barədə də danışıb: "Onu taktiki gedişə görə start heyətdə meydana buraxmadıq. "Qarabağ"ın hücumlarının qarşısında tab gətirmək Maykl Essyen üçün də çətin idi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail