Emin Mahmudov: "Oyuna pis başladıq"

28.10.2019 | 5900 dəfə oxunub

"Neftçi”nin kapitanı Emin Mahmudov Premyer Liqanın 9-cu turunda bu gün "Sumqayıt”la keçirilən oyundan (4:2) sonra klubun rəsmi saytına açıqlama verib.

Stadium.Az xəbər verir ki, penalti zərbələri ilə dubla imza atmış futbolçu komandanın hesabda geridə olduğu halda qələbə qazanmasını xarakterin göstəricisi olduğunu bildirib:

"Oyuna pis başladıq. Bununla belə, vaxtında toparlanıb qol epizodları yaratdıq və bunlardan faydalandıq. Yaxşı ki, buraxdığımız qolun əvəzini tez çıxa bildik. Təbii ki, hər qələbə özümüzə olan inamı artırır. Belə də davam etməliyik. Qol epizodlarından daha da yaxşı istifadə etməyə başlamışıq. Qalib gəlmək çox vacibdir. Bu, xallarımızın sayını artırmaqda bizə kömək edir. Hesabda geridə olduğumuz halda qələbə qazanmaq isə xarakterimizin göstəricisidir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail