FİFA bəyanat yaydı

28.09.2019 | 5187 dəfə oxunub

FİFA 2019-cu ilin ən yaxşı futbolçusunun seçimi ilə əlaqədar keçirilən səsvermə ilə bağlı bəyanat yayıb. Stadium.Az xəbər verir ki, dünya futbol qurumu rəsmi saytı vasitəsilə yaydığı bəyanatda səsvermədə saxtakarlıqların qeydə alınması ilə bağlı bütün iddiaları yalanlayıb.

FİFA mətbuatda səsvermə zamanı saxtakarlıqlara yol verilməsinə dair xəbərlərin yayılmasından məyusluğunu bildirib və vəziyyətə belə aydınlıq gətirib:

“Nominasiyaların hər biri üzrə səsvermə proseduru üçüncü tərəf təşkilatın (PwC) müstəqil nəzarəti altında idi. Səsvermə zamanı FİFA və PwC-nin öncədən müəyyən edilmiş qaydalarına uyğun davranılıb: bütün bülletenlər elektron və yazılı formada göndərilib. Həmin bülletenlər asossasiya nümayəndələri və səsvermə hüququ olan şəxslər tərəfindən imzalanıb. Üstəlik, hər bir sənəddə assosiasiyanın möhürü də yer alıb. FIFA və PwC öz növbəsində müəyyən edilmiş qaydada doldurulmuş və göndərilən bütün bülletenlərin səsvermədə sayıldığını təsdiqləyə bilər. Nəticələrin reallığına şübhə yoxdu. Buna baxmayaraq, hətta səsvermənin nəticəsinə təsir etməyən səhvlər də aşkarlansa, FİFA bunu araşdıracaq və lazım gəlsə, sanksiyalar tətbiq edəcək”.
 
Ən yaxşıların mükafatlandırma mərasimi sentyabrın 24-də İtaliyanın Milan şəhərində baş tutub. 2019-cu ilin ən yaxşı futbolçusu isə İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi seçilib. Lakin həmin gündən etibarən mətbuatda səslərin hesablanmasında səhvlərə yol verildiyinə dair müxtəlif faktlar qeyd olunmaqdadır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail