FİFA Məhəmməd Salahın səslərini oğurlayıb?

26.09.2019 | 6763 dəfə oxunub

FİFA Misir millisinin baş məşqçisi Xavyer Aqirre və kapitan Ahmed Al-Məhəmmədin "The Best"in sorğusu üçün səslərini nəzərə almayıb.

Stadium.Az xəbər verir ki, bu barədə Misir Futbol Federasiyasının saytı məlumat yayıb. Bildirilib ki, qeyd olunan hər iki şəxs dünyanın ən yaxşı futbolçusu ilə bağlı sorğuda 5 xalı millinin və "Liverpul"un hücumçusu Məhəmməd Salaha verib. Ancaq səsvermənin dərc olunmuş yekun siyahısından Misirdən təkcə jurnalistin səsi nəzərə alınıb.

Federasiyanın saytı yazıb ki, səsvermə ilə bağlı FİFA-ya rəsmi cavab avqustun 15-də göndərilib. Həmin ayın 19-u isə təsdiq cavab verilib. Bununla belə dünyanın ali futbol qurumu baş məşqçi və kapitanın səsini nəzərə almayıb. Misir Futbol Federasiyası bununla bağlı araşdırma apardığını vurğulayıb. Çünki qurum hesab edir ki, FİFA-ya məlumatları nizamnaməyə uyğun olaraq vaxtında göndərib.

FİFA-nın budəfəki səsverməsi ilə bağlı qalmaqal böyüməkdədir. Daha öncə Nikaraqua millisinin kapitanı Xuan Barrera və Sudan millisinin baş məşqçisi Zdravko Loqaruşiç Lionel Messiyə səs vermədikləri halda, onların adından argentinalıya səs verildiyini iddia ediblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail