Messi: "Onları görmək mənə sevinc bəxş edir"

24.09.2019 | 5431 dəfə oxunub

"Mənim belə tanınmağım üçün qərar verən hamıya təşəkkür etmək istəyirəm. Şəxsən mənim üçün fərdi mükafatlar ikincidir, komanda hər şeydən yüksəkdir. Amma bu gün mənim üçün xüsusi gündür, çünki həyat yoldaşım və uşaqlarım burdadır. Onlar ilk dəfədir ki, burdadır. Onları görmək mənə sevinc bəxş edir".

Stadium.Az xəbər verir ki, bu sözləri Argentina millisinin və "Barselona"nın futbolçusu Lionel Messi "The Best" mükafatına layiq görüldükdən sonra deyib.

"Mənim oğullarım futbol həvəskarlarıdır, ətraflarındakı bütün oyunçulara təvazökarlıqla baxırlar. Hətta bilmirəm, onlar kimləsə şəkil çəkdirməyi xahiş ediblərmi? Bu gün övladlarımla bölüşmək üçün çox gözəl gündür", - deyə 32 yaşlı hücumçu bildirib.

FİFA tərəfindən 2019-cu ilin ən yaxşısı seçilən Messi səsvermədə Vircil van Deyk və Kriştiano Ronaldonu qabaqlayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail