Premyer Liqa başlayası olmadı

08.02.2012 | 4129 dəfə oxunub

Azərbaycan Premyer Liqasının qış fasiləsindən sonra ilk turu təxirə salınacaq. Stadium.az xəbər verir ki, bu haqda  Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib. 

Onun sözlərinə görə, son günlər ölkədə davam edən kəskin, qarlı hava şəraiti XIX turun oyunlarının hamısına baş tutmağına imkan vermir. Musayev xüsusilə əyalətdə problemlərin olduğunu bildirib: “Gəncə, Şəmkir, Tovuzda meydançalar qar altındadır. Yalnız Ağdamla adam tapıb, məlumat ala bilməmişik. Ancaq 1 oyunla turu keçirmək də olmaz. Gərək əyalətə gedən qonaq komandanı da fikirləşmək lazımdır. Bakıdakı stadionlara gəlincə, süni örtüklü meydançalarda qarı təmizləmək daha çətindir. Çünki bu zaman oradakı rezin örtük korlanır. Klublarımız stadion inşasına milyonlarla pul xərcləyirlər. Belə olan halda, 1 oyuna görə onları çətin vəziyyətdə qoymaq düzgün olmazdı. Bütün bunları nəzərə alaraq, növbəti turun oyunlarını təxirə salacağıq. Məsələ bu gün qərar kimi rəsmiləşəcək”.

İndi futbolsevərləri maraqlandıran əsas məqam həmin turun hansı vaxtda keçirilməyidir. Çünki onsuz da növbəti 3 tur milli komandamızın Dubayda fevralın 22-dən martın 1-dək təlim-məşq toplanışı ilə əlaqədar qabağa çəkilib və nəticədə təqvimdə sıxlıq yaranıb. 

PFL prezidenti söhbətimizdə məlum oldu ki, XIX tur millimiz Dubaydan qayıdandan sonra keçiriləcək: “Növbəti turun hansı vaxtda keçirilməyi ilə bağlı bir variant var. Bu da Azərbaycan kubokunun 1/4 final mərhələsinin keçiriləcəyi martın 7-8-dir. Turu həmin vaxta salıb, kubok oyunlarını 1 həftə sonraya keçirmək olar”.

Növbəti turda fevralın 10-da AZAL – “Sumqayıt”, “Qarabağ” – “Simurq”, 11-də “Turan” – “Xəzər Lənkəran”, “İnter” – “Rəvan”, “Kəpəz” – “Qəbələ”, “Bakı” – “Neftçi” oyunlarının keçirilməyi nəzərdə tutulmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail