"Kəpəz" - "Qəbələ" matçına doğru

07.02.2012 | 4094 dəfə oxunub

Fevralın 11-də “Kəpəz”in qonağı olacaq “Qəbələ” 2012-ci ildə ilk rəsmi matçına çıxacaq. Stadium.az xəbər verir ki, Premyer Liqanın XIX turunun bu oyunu komandalar arasında 6-cı duel olacaq.

İndiyədək 5 dəfə üz-üzə gələn komandalar yalnız Premyer Liqa oyunlarında münasibətlərini ayırd ediblər. “Qəbələ”nin “Kəpəz”lə ilk oyunu ötən mövsümə təsadüf edib.

Həmin vaxt “Gəncə” adlanan komanda 2 dəfə təsnifat, 2 dəfə final mərhələsində “Qəbələ”yə rəqib olub. Maraqlıdır ki, 4 matçın heç birində qalib müəyyənləşməyib. Həm də bərabərliklərin 3-də qapılara qol da vurulmayıb.

Komandaların oyunlarındakı tarazlıq yalnız cari mövsümdə pozulub. Ardıcıl 4 heç-heçədən sonra “Qəbələ” öz meydanında ilk qələbəsini qazanıb. Cari mövsümdən tarixi adına qovuşan “Kəpəz” isə indiyədək “Qəbələ” üzərində qələbə qazanmayıb.

Baş tutan 5 oyunda cəmi 1 qol vuran gəncəlilər buna da səfərdə nail olub. Üçüncü dəfə öz meydanında “Qəbələ”ni qəbul edəcək “Kəpəz” doğma azarkeşləri önündə qola da həsrətdir.

“Qəbələ” 1 qələbə qazanıb, 4 heç-heçə etdiyi qarşılaşmalarda 3 qol vurub, 1-ni buraxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail