“Eurosport” telekanalının saytı (rus versiyası) milli komandamızın müdafiəçisi Pavel Paşayevi ələ salıb. Stadium.Az xəbər verir ki, buna onun “Avro-2020”nin Uelsə qarşı səfər matçında (1:2) öz qapısına vurduğu qol səbəb olub.
Qarşılaşma haqdakı xəbərdə belə bir cümlə işlədilib: "Azərbaycanlı müdafiəçi elə avtoqol vurub ki, yemək yeyəndə gülməkdən boğula bilərsiniz".
Uelsin oyunçusu Qaret Beylin 26-cı dəqiqədə zərbəsindən sonra top Pavel Paşayevə dəyərək qapıya daxil olub.