Xorvatiya millisində ciddi itkilər
Xorvatiya millisi Azərbaycan və Slovakiya ilə keçirəcəyi AVRO-2020-nin seçmə matçlarından öncə problemlərlə üzləşib.
Müdafiəçi Tin Yedvay və yarımmüdafiəçi Nikola Vlaşiç yığmanın sentyabrın 2-dəki məşqini zədə səbəbindən tərk edib. Lakin onların hər ikisi növbəti gün kollektivə qoşula bilib.
Bildirilib ki, yığmanın müdafiə xətti millinin baş məşqçisi Zlatko Daliç üçün problemə çevirilib. Komandanın əsas arxa xətt oyunçularından Deyan Lovren bu mövsüm İngiltərə "Liverpul"unda heç bir rəsmi görüşdə (4-ü Premyer Liqa, 1-i UEFA Super Kuboku) meydana çıxmayıb. Üstəlik, 30 yaşlı oyunçu həmin qarşılaşmalarda ehtiyat oyunçular skamyasında belə əyləşməyib. Lovrenin Slovakiya ilə görüşdə hansı formada olacağı sual altındadır.
Sol cinah müdafiəçisi Borna Barişiç də Şotlandiya "Reyncers"ində eyni aqibətlə üz-üzə qalıb. 27 yaşlı futbolçunun klubun baş məşqçisi Stiven Cerrardla münasibətləri yaxşı deyil. Müdafiəçilərdən hazırda Tin Yedvay ("Bayer" Leverkuzen, Almaniya) və Karlo Bartolets ("Kopenhagen", Danimarka) nisbətən yaxşı durumdadır. Türkiyənin "Beşiktaş" komandasında çıxış edən Domaqoy Vida məşqlərə ayağı sarıqlı halda qatılır. O, sol ayağındakı ağrıdan şikayətlənib və biləyi sarılmaq məcburiyyətində qalıb. Hələ ki, onun durumunun yaxşı olduğu bildirilib.
Belə olan halda Daliçin qarşıdakı matçlarda digər müdafiəçilər - Belçika "Brügge"sində çıxış edən Matey Mitroviçə və "Osiyek"dən Mile Şkoriçə şans verəcəyi gözlənilir.
Xorvatiya yığması sentyabrın 6-da Slovakiya, sentyabrın 9-da isə Azərbaycan millisinin qonağı olacaq
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |