AFFA Almaniya klubunun Rüfətl Dadaşovla bağlı xahişini qəbul etməyib

30.08.2019 | 5703 dəfə oxunub

AFFA Almaniyanın III liqasında çıxış edən "Prussien" klubunun Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovla bağlı xahişini geri çevirib.

Stadium.Az “Bild”ə istinadən xəbər verir ki, Münster təmsilçisi 27 yaşlı hücumçunun AVRO-2020-nin seçmə mərhələsində sentyabrın 6-da səfərdə Uels, sentyabrın 9-da isə Bakıda Xorvatiya yığması ilə oyunlar üçün Azərbaycan millisinə bir qədər gec qoşulmasını istəyib. Səbəb kimi isə sentyabrın 4-də Vestfaliya Kubokunda "Rodinghausen"lə matçda Dadaşova ehtiyac duyduqları göstərilib. Lakin milli assosiasiyadan müsbət cavab alınmayıb.

Klubun idman direktoru Malte Metselder məsələ ilə bağlı bunları deyib: “Kubok oyununda iştirak etmək üçün Rüfətin gedişini yubatmağa ümid edirdik. Lakin AFFA razı olmadı və futbolçunun sentyabrın 1-də millinin düşərgəsinə qoşulmasını istədi”.

Dadaşov özü isə vəziyyəti bu cür şərh edib: “Əlbəttə, "Rodinghausen"lə matçda iştirak etmək istərdim. Ancaq Azərbaycandan zəng gələndə, vətənə yollanmaq mənim üçün şərəfdir”.

"Prussien” avqustun 31-də III liqanın VII turu çərçivəsində "Hansa"nın qonağı olacaq. Dadaşov oyundan dərhal sonra Bakıya yola düşəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail