"Linfild"in baş məşqçisi: "Qarabağ” bizdən fərqli, tam peşəkar komandadır"

30.08.2019 | 5462 dəfə oxunub

“Linfild”in baş məşqçisi Devid Hili Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”a cavab görüşündən (1:2) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Qarabağ” hər iki oyunda bizdən güclü idi. Bunu hamı gördü. “Qarabağ”ın güclü olduğunu qəbul edir və onların qəəbəyə layiq olduğunu düşünürük. Onlara qrupda uğurlar arzulayıram.

- Oyun ərzində hakimlikdən narazı olduğunuz hiss olunurdu. Sizi nə narazı salırdı?

- Bəzən əhvalın pis olanda narazılıq olur. İkinci qolun ofsayd olub-olmadığı mənim üçün qaranlıq qaldı. Hakimin idarəçiliyi məni təəccübləndirdi. 50-50-yə olan epizodlarda ev sahiblərinin xeyrinə qərar verdi.

- Necə fikirləşirsiz, “Linfild” qrupa düşsəydi, futbol ilahəsi özünü asardımı?

- Rəqibin daha yaxşı olduğunu qəbul edirik. Amma göstərdikləri oyuna görə futbolçularımla fəxr edirəm. Qrupda olmaq istərdik. “Qarabağ”a uğurlar arzulayıram.

- Sanki komandanızda oyun bütövlüyü yox idi.

- Belfastdakı oyunu izləmisinizsə, bu sualı verməməlisiniz. “Qarabağ” bizdən fərqli, tam peşəkar komandadır.

- Belfasta qədər uzun yol qət edəcəksiniz. Təyyarədə ən çox kimi və nəyi xatırlayacaqsınız?

- Bakını xatırlayacam. Burda çox gözəl münasibətlə qarşılaşdıq. “Qarabağ”a təşəkkür etmək və uğurlar arzulamaq istəyirəm.

- Hər iki oyunda “Qarabağ” üstün olsa da, çətinliklə qalib gəldi. Rəqiblə başabaş mübarizə aparmağı hansı keyfiyyət sayəsində bacardınız?

- Bilirdik ki, topa çox yiyələnə bilmərik və mübarizə aparmalıyıq. Yarıhəvəskar komandayıq. Bunun fonunda güclü komandaya qarşı çox yaxşı mübarizə apardıq. İmkanlarımız bura qədər idi.

- Sizcə, bu gün ən yaxşı oyunçunuz kim idi?

- Bir nəfəri seçmək çətindir. Komanda hər xətdə mübarizə apardı. Daha çox orta sahədəkilər və qapıçılar seçildi. “Qarabağ”dan isə Zubir və Almeydanın hərəsinə 1 milyon verməyə dəyər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail