Qurban Qurbanov üçün Avrokuboklarda 100-cü oyun

28.08.2019 | 5673 dəfə oxunub

Avropa Liqasının pley-off mərhələsinin sabah keçiriləcək Linfield-lə cavab oyunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olacaq.

Stadium.Az xəbər verir ki, Azərbaycan çempionunun çalışdırıcısı baş məşqçi kimi Avrokuboklarda 100-cü oyununu keçirəcək.

47 yaşlı mütəxəssis indiyədək 99 avrokubok matçında iş başında olub. Onun yetirmələri bu matçlarda 39 qələbə qazanıblar. 40-cı – yubiley qələbəsinin astanasında olan Q.Qurbanov 27 heç-heçə və 33 məğlubiyyətə də şahidlik edib. Onun rəhbərlik etdiyi komandalar 106 qol vurub, 104-nü buraxıb.

Mütəxəssis avrokuboklara iki komandanın çalışdırıcısı kimi çıxıb. O, Neftçi-yə 2, Qarabağ-a 97 matçda rəhbərlik edib. Qurbanovun debütü də paytaxt təmsilçisinin "sükanı arxası”nda olub. 2007-ci ildə UEFA kubokunun Avstriya Rid-i ilə səfər matçında onun komandası 1:3 hesabı ilə uduzub.

Q.Qurbanovun avrokubok qarşılaşmalarından 36-sı Çempionlar Liqası, 63-ü Avropa Liqasına təsadüf edib. Bu 63 matçdan ikisi turnir UEFA kuboku adlandığı vaxta, digərləri yeni format və yeni ada təsadüf edib.

Qeyd edək ki, sabah keçiriləcək Qarabağ – Linfield oyunu saat 20:00-da başlayacaq. Şimali İrlandiyada 2:3 hesabı ilə uduzan Azərbaycan çempionu ardıcıl 6-cı dəfə avrokubokların qrupuna düşmək üçün məğlubiyyətin əvəzini çıxmalıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail