Nikola Yurçeviç: "Onun millidə necə çalışdığını görürəm"

27.08.2019 | 5555 dəfə oxunub

"Maraqlı oyun alındı. Görüşün ilk dəqiqələrində "Neftçi"nin qol şansları var idi. "Zirə" də yaxşı kollektivdir və kompakt oyun sərgilədi. "Neftçi" qol şanslarından da yararlana bilmədi".

Stadium.Az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç "Zirə"nin "Neftçi"ni məğlub etdiyi (1;0) matçdan sonra jurnalistlərə açıqlamasında deyib.

53 yaşlı mütəxəssis Xorvatiya və Uels milliləri ilə oyun üçün yığmaya cəlb edə biləcəyi futbolçular barədə də danışıb: "Hər şey ola bilər. Millidə "Neftçi"nin üzvləri var. Belə oyunçuların yenə dəvət almaq şansları var" .

Xorvatiyalı məşqçi millinin siyahısını tərtib etmək üçün köməkçisi ilə müzakirə aparacağını söyləyib: "Bəzi futboluçular zədəlidir. Bədavi Hüseynov uzun müddət yaşıl meydanlardan kənar qalıb".

Yurçeviç Renat Dadaşovun İngiltərənin "Vulverhempton" klubu ilə müqavilə imzalamasına da münasibət bildirib: "Buna sevindim. Onun millidə necə çalışdığını görürəm. Dadaşovun Premyer Liqa klubuna keçməsi möhtəşəmdir. Yaxşı hücumçudur. İnanıram ki, icarəyə verildiyi Portuqaliya klubunda da yaxşı çıxış edəcək.

Baş məşqçi hazırda Uels ilə matçı düşündüklərini vurğulayıb: "Rəqibin futbolçuları çox güclüdür".

Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində sentyabrın 6-da səfərdə Uelslə, 10-da isə evdə Xorvatiya ilə üz-üzə gələcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail