“Qəbələ”nin “Qarabağ”la 54-cü dueli

25.08.2019 | 6630 dəfə oxunub

Bu gün “Azərsun Arena”da Azərbaycan Premyer Liqasının II tur matçında üz-üzə gələcək "Qarabağ" və "Qəbələ" komandaları arasında 54-cü duel gerçəkləşəcək.

Stadium.Az xəbər verir ki, ilk dəfə 2006-cı ildə görüşən komandalar indiyədək 53 dəfə qarşılaşıblar. Bu matçlarda “Qəbələ” 12, “Qarabağ” 24 dəfə qalib gəlib. Digər 17 görüşdə qalib müəyyənləşməyib. Rəqib qapısından 47 top keçirən “Qəbələ” 68 top buraxıb.

Bu 53 oyundan 44-ü Premyer Liqa, 9-u Azərbaycan Kubokuna təsadüf edib. 10 qarşılaşmada meydanı üç xalla tərk edən “Qəbələ” 12 heç-heçə edib və 22 məğlubiyyət alıb. 100 qolun vurulduğu matçlarda top fərqi Ağdam təmsilçisinin xeyrinədir – 40:60.

27-ci dəfə “Qarabağ”ın rəqibi olacaq “qırmızı-qaralar” əvəlki 26 səfərdə 4 dəfə qalib gəlib. Hesabında 9 heç-heçə olan “Qəbələ” 13 dəfə uduzub. Səfərdə 20 dəfə rəqib qapısına yol tapan komanda 37 top buraxıb.

“Qarabağ” – “Qəbələ” oyununa saat 21:00-da start veriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail