Premyer Liqada 14-cü start

16.08.2019 | 6488 dəfə oxunub

Bu həftə Azərbaycan Premyer Liqasında yeni – 2019/20 mövsümü başlayacaq. Sayca 28-ci olan ölkə çempionatı “Qəbələ”nin tarixində 14-cü olacaq.

Stadium.Az xəbər verir ki, 2006-cı ildə yüksək dəstədə debüt edən “qırmızı-qaralar” 13 çempionatı arxada qoyub. Bu müddətdə komanda 5 dəfə mükafatçılar sırasına düşüb. “Qəbələ”nin hesabında 2 gümüş (2016/17, 2017/18) və üç bürünc (2013/14, 2014/15, 2015/16) medal var.

Son 13 mövsümdə komanda 392 matça çıxıb. “Qəbələ” 161 qələbə qazanıb, 103 heç-heçə edib və 128 dəfə uduzub. Rəqib qapılarından 480 top keçirən futbolçularımız 409 qol buraxıblar.

Bu 13 ildə 219 futbolçu “Qəbələ”nin şərəfini qoruyub. Ən çox oyun keçirən futbolçulardan beşi 100 matç səddini arxada qoyub: Urfan Abbasov - 177, Dodo - 131, Dmitri Bezotosnı - 117, Viktor Mendi – 112, Elvin Camalov – 111.

“Qəbələ”nin Premyer Liqadakı bombardiri Viktor Mendidir – 29 qol. Dodo 23, Baqali Dabo 20 dəfə rəqib qapısına yol tapıb.

“Qəbələ” arxada qalan 13 mövsümü 9 baş məşqçinin rəhbərliyi altında keçirib. Ramiz Məmmədov hamıdan çox – 118, ukraynalı Roman Qriqorçuk isə 108 matçda bu postda olub. 3-cü göstərici ingiltərəli Toni Adamsa məxsusdur – 44 oyun. Komandamızın indiki məşqçisi Sənan Qurbanov 31 çempionat görüşündə “qırmızı-qaralar”a rəhbərlik edib. “Qırmızı-qaralar” 13 mövsüm ərzində 24 müxtəlif rəqiblə qarşılaşıb.

“Qəbələ” 7 dəfə mövsümə qələbə ilə başlayıb. Startda 4 heç-heçəsi olan komanda 2 dəfə ilk matçını uduzub. Son 3 çempionatda “qırmızı-qaralar” ilk turu qələbə ilə başa vurub. 2016/17 mövsümündə “Kəpəz”i 2:0, növbəti çempionatda “Keşlə”ni 2:1 hesabı ilə yenən "Qəbələ" ötən il “Səbail”in qapısından üç cavabsız qol keçirib (gabalafc.az).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail