APOEL-in baş məşqçisi: "Qalibiyyətə layiq idik"
“Çox çətin oyun oldu. “Qarabağ”dan belə çıxış gözləyirdim”. Stadium.Az xəbər verir ki, bu sözləri APOEL-in baş məşqçisi Tomas Doll Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ”la cavab matçından sonra mətbuat konfransında deyib.
Nikosiya təmsilçisinin yeni çalışdırıcısı Bakıda 2:0 hesabı ilə qalib gələrək pley-offa yüksəldikləri matçı belə şərh edib:
“Komandamızın çıxışından razı qaldım. Rəqibin necə oynaması ikinci dərəcəlidir. “Qarabağ”ın da şansları var idi, ilk hissədə qol vura bilərdilər, qapıçımız möhtəşəm seyv etdi. Qapısında qol görməmək böyük klub üçün əla nəticədir”.
Doll Kiprdəki matçdan fərqli oynadıqlarını bildirib: “Qol vurmaq üçün çox imkanlar əldə etdik. Mənim üçün vacib olan komandamın qol vurmaq istəyi idi. Penalti olmasaydı belə, başqa imkanlardan qol vuracaqdıq. Sonradan qol vurmaq üçün kifayət qədər vaxtımız var idi. Rəqibi qarşıladıq, şanslar yaratmağa çalışdıq. Nəzərə alaq ki, bu gün səfərdə çıxış edirdik. Ən önəmlisi konsentrasiyanı itirməmək və hücumla müdafiə arasında balans yaratmaq idi. Futbolçularım meydanda ürəklərini ortaya qoydular”.
Doll ürəkli oynamalarının qələbənin əsas açar rolu olduğunu qeyd edib: "İlk görüşlə müqayisədə çox şeyi dəyişdik. Sürətli, geniş futbol oynadıq, çoxlu ötürmələr etdik. İkinci hissənin ilk 10-15 dəqiqəsində çətin anlar yaşadıq, qapıçımız çox seyvlər etdi. Rəqibin dayanmadan asmaları var idi. Yalnız ondan sonra oyunu düzəldə bildik. Addım-addım nəticəyə doğru getdik. Ümumilikdə, qalibiyyətə layiq idik".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |