APOEL-in baş məşqçisi: "Sabah fərqli mübarizə aparmalıyıq"

12.08.2019 | 5461 dəfə oxunub

"Faiz olaraq nə dərəcədə hazır olduğumuzu deyə bilmərəm, amma çox yaxşı komandamız var". Stadium.Az xəbər verir ki, bunları Kiprin APOEL klubunun baş məşqçisi Tomas Doll Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la cavab oyunu öncəsi deyib.

O, sabah inamla oynayacaqlarını bildirib: "İki qol vurmalıyıq. Ümumilikdə 4 məşqimiz olub. Futbolçulardan razıyam. Təəssüf ki, onlar ilk görüşdə bacardıqlarını tam şəkildə nümayiş etdirə bilməyiblər. Önəmli olan daha yaxşı oynamaqdır. Sabah fərqli mübarizə aparmalıyıq. Futbolçularla bu barədə danışmışam. Hesab edirəm ki, bizim də şansımız var. Çox güclü komandaya qalib də gələ bilərik".

Doll söyləyib ki, heyətdəki bəzi itkilər komandanın oyununa təsir etməməlidir: "Əsas inamdır. Futbolda zədələrin olması normaldır. Çox yaxşı heyətimiz var. Ona görə də itkilərin öhdəsindən gələcəyik. Əlimizdəki futbolçularla nəsə etməyə çalışacağıq. Emosional adamam. Ona görə referi məni texniki zonadan uzaqlaşdıra da bilər (gülür). Ancaq artıq 53 yaşım var, nisbətən sakitləşmişəm. İlk matça baxmışam. Bəzi məqamları müşahidə etdim. Sabah daha çox şanslar yaradacağıq. Uşaqlar nə etmək lazım olduğunu bilirlər".

Qeyd edək ki,  Tofiq Bəhramov adına Respublika stadionunda sabah  keçiriləcək cavab matçı saat 20:30-da başlayacaq. "Qarabağ"  Nikosiyada keçirilən ilk oyunda 2:1 hesabı ilə qalib gəlib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail