Sənan Qurbanov: "Rəqib keçilməz deyil"

01.08.2019 | 6385 dəfə oxunub

“Komandamızda oynayan hər iki gürcü futbolçu bizim üçün vacib oyunçudur. Davit Volkovu ötən mövsümün gedişində komandaya cəlb etmişiksə, Merab Qiqauri bir aydan çoxdur bizə qoşulub. Onlar potensiallarına inandığımız oyunçulardır. Davit komandaya faydalı olub, bizimlə titul qazanıb. Merab isə yoxlama oyununda və son matçda yaxşı təsir bağışladı. Hər iki futbolçu komandamıza tez uyğunlaşdı". 

Stadium.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Avropa  Liqasının ikinci təsnifat mərhələsində "Dinamo" (Gürcüstan) ilə cavab oyunu öncəsi mətbuat konfransında deyib.

"Evdə keçirilən ilk matçda məğlub olmuşuq. Gürcüstan çempionatı davam etdiyindən rəqib daha hazırlıqlı görünürdü. Bizdə isə bəzi oyunçularımız ilk dəfə Avropa miqyaslı oyunda iştirak edirdilər, həyəcan hiss olunurdu. Yenilənmiş bir komandamız var. Lakin bura məğlub olmağa gəlməmişik. Meydanda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik” - deyə o bildirib.

Qurbanov Tiflis təmsilçisi haqda da danışıb: “Bütövlükdə götürsək “Dinamo” kompakt bir komandadır. Yaxşı çıxış edirlər. Komandanın kapitanı Şengeliya diqqətimi cəlb etdi. O və hücum xəttində çıxış edənlərin hamısı sürətlidir. Əlbəttə biz də öz futbolçularımıza inanırıq. İlk oyundan sonra rəqibimizi daha yaxşı analiz etmək imkanımız olub. Biz top itkilərinə yol verməməli, hücumda kəsərli olmalı, hər iki fazada – həm hücumda həm də müdafiədə səhvsiz oynamalıyıq. Rəqib keçilməz deyil. İşimizi çətinə salsaq da, inamımız böyükdür. Çalışacağıq ki, yaxşı nəticə əldə edək”.

"Dinamo" - "Qəbələ" görüşü sabah Bakı vaxtı ilə 21:00-da başlayacaq. Bu komandalar arasında ilk matçda Gürcüstan klubu 2:0 hesabı ilə qalib gəlib  ("Qəbələ"nin saytı).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail