"Dundalk"ın baş məşqçisi: "Rəqib çox güclü idi, bizə topla oynamağa imkan vermirdilər"

01.08.2019 | 4754 dəfə oxunub

“Dundalk”ın baş məşqçisi Vinni Pert Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Qarabağ"la cavab matçından (0:3) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

Bizdə inam var idi. Amma rəqibimizin səviyyəsi bizdən dəfələrlə yüksək idi. Oyunöncəsi çıxışlarımız iddialı olmağımızdan qaynaqlanırdı. “Qarabağ” bəlkə də, son 7 ildə qarşılaşdığımız ən güclü rəqib idi.

- Oyunun bu cür keçməsini gözləyirdinizmi?

- Açığı, oyun gözlənilən ssenari ilə gedirdi. “Qarabağ”ın topa sahib olacağını gözləyirdik. İkinci hissədə şansımız oldu. Bu gün güclü olan komanda qələbə qazandı. Komandamdan çox razıyam. Rəqibə hörmət edirik və onlara növbəti mərhələdə uğurlar arzulayıram.

- Hər kiçik fasilədə futbolçularınız su içməyə qaçırdılar. Bakının istisi sizə bu gün nə dərəcədə təsir etdi?

- Doğrudur. Ümumilikdə keçirdiyimiz oyunlarda hava 17-18 dərəcə olur. Bunu səbəb kimi göstərmək istəmirəm. Rəqib çox güclü idi, bizə topla oynamağa imkan vermirdilər. Bəzi səhvlərimiz oldu və “Qarabağ”ın futbolçuları bundan da ustalıqla yararlandılar.

- “Qarabağ” növbəti mərhələdə APOEL-lə qarşılaşacaq. Necə düşünürsünüz, Azərbaycan təmsilçisi Kipr klubunu üstələyə bilərmi?

- Kiprdə heç kimin xətrinə dəyməmək şərti ilə qeyd etmək istərdim ki, növbəti mərhələdə “Qarabağ”a azarkeşlik edəcəyəm. Biz də istərdik ki, belə bir klubumuz olsun. Favorit qismində “Qarabağ”ı görürəm və məncə, bu komanda APOEL-i də keçəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail