"Dundalk"ın əsas futbolçusu "Qarabağ"a qarşı oynamayacaq

30.07.2019 | 4379 dəfə oxunub

"Dundalk"ın futbolçusu Robbi Benson Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ"la cavab oyununu buraxacaq.

Stadium.Az xəbər verir ki, buna səbəb onun Ağdam klubu ilə ilk matçda qabırğasından zədələnməsidir. Zədəsini sağalda bilməyən 27 yaşlı yarımmüdafiəçi Bakıya gətirilməyib.

İrlandiya təmsilçisinin məşqçisi Con Gill Bensonun zədəsi ilə bağlı deyib: "Bəxtsiz zədələnmə oldu. Səfər qısa olsaydı, onu özümüzlə gətirə bilərdik. O, komandada inam yaradır. Bensonu 7 saatlıq səfərə gətirməyin mənası yox idi. Mövsümün açılış oyununda ayağından zədələndiyi eyni nöqtədə yenidən zədə aldı. Ona dedim ki, öləndə küllərini o yerin ətrafına yayacağıq.  Benson ailəsi ilə birgə vaxt keçirəcək, sonra qayıdıb həftəsonu komanda ilə məşqlərə qoşulacaq".

"Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Dundalk" görüşü sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk matç 1:1 hesabı ilə başa çatıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail