Florentino Peres Beyli Çin klubuna satmadı

29.07.2019 | 4897 dəfə oxunub

"Real"ın yarımmüdafiəçisi Qaret Beyl "Tsyansu Sunin" klubuna keçməyəcək. Stadium.Az "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, uelsli futbolçunun Çin təmsilçisinə transferi alınmayıb.

Buna "Real"ın 30 yaşlı futbolçu üçün tələb etdiyi təzminat məbləği səbəb olub. "Kral klubu"nun prezidenti Florentino Peres 2013-cü ildə "Tottenhem"dən 85 milyon funt-sterlinqə aldıqları futbolçunu həmin məbləğdən ucuz satmaqdan imtina edib. O, Beylin daha dəyərli oyunçu olduğunu hesab edir.

Beyl "Tsyansu Sunin" klubu ilə artıq 3 illik müqavilənin detallarını razılaşdırmışdı. Onun Çin klubunda illik 22 milyon avro qazanacağı iddia olunurdu. Çində yay transfer pəncərəsi iyulun 31-də bağlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail