Samir Abbasov: "Yaxşı imkanlarımız oldu, bəzən pis də çıxış etdik"

24.07.2019 | 5388 dəfə oxunub

"Ankarada birinci oyunumuz idi. Yoxlama görüşlərində hesab elə də vacib deyil. Düzdür, futbolçulardan istədiklərimi tam ala bilməsəm də, ən azı "Zirə"nin oyun üslübuna yaxınlaşmaq lazım idi. Bakıdakı qarşılaşmalardan fərqli Türkiyədəki görüşlərdə bu məqsədi güdürdük. Bilmək istəyirdim ki, futbolçular həm hücumda, həm də müdafiədə nələr edəcək".

Stadium.Az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov Türkiyədə "Konkordiya" (Rumıniya) ilə yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib. Matçla bağlı fikirlərini bildirən mütəxəssis qolsuz heç-heçəni şərh edib:

"Yaxşı imkanlarımız oldu, bəzən pis də çıxış etdik. Amma bu, bizi narahat etmir. Futbolçuları başa düşürəm, komanda ilk məşqlərdən sonra meydana yorğun halda çıxmışdı. Komandaya gec qoşulan Anastasios Papazoğlu, Soni Norde və Miloş Bakraç tam hazır deyil. Onlar da yavaş-yavaş bu oyunlarda formaya düşəcək. Xoş hal o oldu ki, gənc komandalarımızdan da bir neçə futbolçu bizimlədir. Bu gün də onlardan ikisi meydana çıxdı. 16 yaşı olmağına baxmayaraq, Cəlal Hüseynov yaxşı təsir bağışladı. Həmçinin Kənan Cəfərov da pis təsir bağışlamadı. Tam gücümüzlə hazırlaşırıq, qarşıda daha 3 yoxlama oyunumuz var. Ümid edirəm ki, Premyer Liqanın startına kimi hər şey daha da yaxşı olacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail