Vobay Misirdəki qanlı hadisəni "Stadium.az"a anlatdı EKSKLUZIV

03.02.2012 | 5263 dəfə oxunub

“Xəzər Lənkəran” klubunun sabiq futbolçusu Julius Vobayın Misir çempionatında keçirilən faciəvi “Əl Məsri” – “Əl Əhli” matçından iştirak etməməsi onun üçün yaxşı mənada böyük sürpriz olub. Stadium.az xəbər verir ki, Vobayın oynamadığı görüşdə onun qalib gəlsə də, oyun facilə ilə nəticələnib. Məsələ ondadır ki, bir  neçə gün əvvəl “Əl Məsri” klubunun transfer etdiyi syerra-leoneli bu qarşılaşmada komandasına lazım olmayıb. 

Görüşdən sonra azarkeşlər meydançaya daxil olduğu üçün yaranan qarşıdurmada 74 nəfər ölüb, 300-ə yaxın insan isə yaralanıb. Məsələylə bağlı Vobayın özü ilə danışdıq: "Bəxtim onda gətirmişdi ki, mənim adım oyunun iştirak ərizəsinə salınmamışdı. Çünki hələ transfer kağızım klubuma yetişməmişdi. Hadisələrin necə inkişaf etdiyini heç cür anlaya bilmədim. Bir an içində azarkeşlər meydana tökülərək hər kəsə hücum çəkməyə başladılar. Həmin an tunelin üstündən stadiona baxırdım. Hadisələri belə görüncə, tez aşağı atılıb tunelə girdim və bununla da, qanlı hadisələrdən uzaqlaşdım. Daha sonrasında stadionda nələrin baş verdiyini isə televizordan gördüm.  Bu, həqiqətən də bar-barlıq idi. Təbi ki, baş verənlər üçün çox məyusam. Belə qanlı hadisəyə şahidlik etmək istəməzdim. Burada hər kəs çaşqınlıq içində idi. İndi həqiqətən hər kəsə böyük zaman lazımdır ki, millət özünü toparlaya bilsin".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail