Güloğlan CABBAROV: “Yerli gənclərə üstünlük verdiyimizdən, legioner transef etmədik”

02.02.2012 | 12481 dəfə oxunub

Antalyada təşkil olunan Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunan turnirin qrup oyunları başa çatdı. Qrup mərhələsinin ilk oyununda Xarkov “Metallist”inə 3:1 hesabı ilə uduzan “Neftçi”, ikinci matçında Varşava “Poloniya”sını eyni hesabla üstələdi. Son matçında isə “Paxtakor”u 3 cavabsız qolla üstələməsinə baxmayaraq, Bakı klubu qrupu lider kimi tamamlaya bilmədi. “Metallist”lə eyni sayda – 6 xal toplamasına baxmaraq aralarındakı oyuna görə ukraynalılar finala çıxdı. “Neftçi” isə üçüncü yer uğrunda oyun üçün “Terek”lə görüşəcək. Komandanın çıxışını dəyərləndirmək üçün “Neftçi”nin direktoru Güloğlan Cabbarovla danışdıq. Cabbarov əvvəlcə turnirin mahiyəti və komoandasına verdiyi xeyirdən danışdı: “Bu turnir bizim üçün çox əhəmiyyətli oldu o baxımdan ki, burada güclü rəqiblərlə oyunlarda  gənclərimizi yoxladıq. Ciddi oyunlarda onlara üstünlük verdik və səhv etmədiyimiz də göz qabağındadır. Yerli gənclərə üstünlük verdiyimizdən, legioner transef etmədik. Bu da klubumuzun prezidenti Sadıq Sadıqovun gənclərə verdiyi üstünlüyün bariz göstəricisidir. İnsaf naminə deyim ki, onlar da ümidləri doğruldur. Bu da göstərir ki, biz doğru yoldayıq. Bununla da, əsasən Azərbaycan futbolunun inkişafına xidmət edir, gənclərin qabağa getmələrinə şərait yaradırıq. Legioner gətirsəydik  Mirhüseyn Seyidov, Cavid İmamverdiyev, əsas komandaya götürdüyümüz gənclərin yolunu bağlamış olacaqdıq. Bu futbolçuları bir neçə yerli komanda istəsə də, heç yerə buraxmadıq. Mən inanıram ki, bu il daha azarkeşlərimiz üçün daha sevindirici oyunlar göstərəcəyik”.

Güloğlan bəy komandsınım  çıxışını isə belə dəyərləndirdi: “Yalnız “Metallist” kimi güclü komandaya uduzduq. Digər iki oyunu isə böyük hesabla qazandıq. Bunu qənaətbəxş saymaq olar. Rəqiblərimiz olan Polşa və Özbəkistan klubları ilə müqayisədə “Neftçi”nin imicinin və səviyyəsinin harada olmasını gördük. Bu da bizim üçün fəxrdir. 6 xalla toplasaq da, “Metallist” yalnız bizi udduğu üçün turu keçdi. İndi “Terek”lə üçüncü yer uğrunda oynayacağıq. Məncə bu oyunu da qazana bilsək, komandanın çıxışını yaxşı qiymətləndirmək olar. Buna baxmayaraq, bu turnurin qalibi olmağa layiq idik. Heç bir rəqibdən zəif deyildik. Bunu rəqib məşqçilərin özləri də bizə dedi. Hətta “Metallist”in baş məşqçisi bildirdi ki, “Neftçi” avroliqada qrupda oynamağa layiq komandadır. İnıram ki, nə qədər gənclərə şans versək, bir o qədər də komandamız inamlı və sürətli oyun göstərəcək”.

Ümid BABA

ANTALYA



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail