"Sabah" Afrikalı futbolçuyla 2 illik müqavilə bağlayıb

28.06.2019 | 6241 dəfə oxunub

Cənubi Afrika Respublikasının (CAR) "Kaizer Kiefs" klubundan "Sabah"a keçən Hendrik Eksteynin müqaviləsinin müddəti bəlli olub.

Stadium.Az xəbər verir ki, bu barədə oyunçunun meneceri Paleza Mxize "TimesLIVE" portalına məlumat verib. O bildirib ki, 28 yaşlı yarımmüdafiəçi paytaxt klubu ilə iki illik müqavilə imzalamaq üçün Bakıya yollanıb.

Mxize oyunçunun ölkə xaricində oynamaq arzusunu reallaşdırdığı üçün çox həyacanlı olduğunu vurğulayıb:

"Əldə etdiyimiz razılıq Cənubi Afrika klublarından yaxşıdı. Bu kollektivə qatılmaq Eksteyn üçün daha yaxşı hədəflərə doğru bir addım ola bilər. Avropada daha yaxşı oyunçuları izləyən böyük klublar var. "Sabah" ilə yeni sözləşmə daha sərfəlidir. Oyunçu oradan yuxarı çıxmaq üçün çalışmalıdır".

Hendrik "Kaizer Kief"də 2014-cü ildən çıxış edirdi. Azərbaycan təmsilçilərindən "Qarabağ" və "Səbail"ə də təklif olunan futbolçu ötən mövsüm 19 oyuna 1 qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail