Aleksandr Səmədov karyerasını bitirə bilər

27.06.2019 | 6982 dəfə oxunub

"Krylya Sovetov"dan ayrılan Aleksandr Səmədov futbolçu karyerasını başa vurmağa hazırlaşır. Stadium.Az xəbər verir ki, Azərbaycan əsilli yarımmüdafiəçi "Ufa"dan təklif almasına baxmayaraq, böyük ehtimalla, karyerasını bitirəcək.

Futbolçu açıqlamasında Azərbaycandan da təklif aldığını açıqlamışdı. 

"Krylya Sovetov" Səmədovla müqavilənin müddətini qarşılıqlı razılaşma əsasında ləğv edib. O, bu ilin yanvarında "Spartak"dan azad agent kimi sözügedən kluba keçmişdi. 34 yaşlı futbolçu "Krylya Sovetov"da 9 matçda iştirak edib. Moskva "Spartak"ının yetirməsi olan Səmədov "Lokomotiv" və "Dinamo" klublarında da çıxış edib.

O, Rusiya millisi ilə 53 matçda oynayıb və 7 qol vurub. Səmədov DÇ-2018-də komandasının 5 matçında da meydana çıxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail