FİFA-dan İrana qadınlarla bağlı tələb

24.06.2019 | 4959 dəfə oxunub

FİFA prezidenti Canni İnfantino İranda qadınların futbol oyunlarını canlı izləmək üçün stadionlara girişinə qadağa qoyulmasını sərt tənqid edib.

Stadium.Az xəbər verir ki, dünyanın ali futbol qurumunun lideri, bununla bağlı sözügedən ölkə qarşısında konkret tələblər qoyub. Bu barədə İnfantinonun İran Futbol Federasiyasının prezidenti Mehdi Taca yazdığı məktubda bildirilir: “Təəssüf ki, İran 2018-ci ilin mart ayında ölkə prezidenti Həsən Ruhaninin söz verdiyi kimi, qadınların futbol oyunlarına getməsinə hələ də icazə vermir. Bununla əlaqədar İran Futbol Federasiyasından və dövlət məmurlarından xahiş edirəm ki, 15 iyula qədər bütün ölkə vətəndaşlarının futbol oyunlarını izləməsinə imkan verən qərarlar qəbul etsinlər.

Bütün İran vətəndaşlarına və bu ölkədə yaşayan əcnəbilərə yığma komandanın DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlarını izləməyə şərait yaradılmalıdır”. İranda 1979-cu il inqilabından sonra qadınların kişi idmançılar arasında təşkil olunan yarışları canlı izləməsi dövlət səviyyəsində qadağan olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail