Dmitri Nazarov ən yaxşılardan biridi

03.06.2019 | 5190 dəfə oxunub

Almaniyanın II Bundesliqa klubu "Aue"nin geridə qalan mövsümdə ən faydalı futbolçuları müəyyənləşib. Siyahıda Azərbaycan millisinin üzvü Dmitri Nazarov da yer alıb.

Konkret olaraq 4 futbolçu seçilib ki, Nazarov ən faydalı 2 oyunçudan biri sayılıb. Həmkarlarımız onun və hücumçu Paskal Testroetin mövsüm ərzində komandaya əvəzsiz köməyinin olduğunu yazıblar.

"Aue" II Bundesliqadakı yerini qoruduğu üçün məhz Nazarova minnətdar olmalıdır: "Düzdür, bir çox oyunlarda ehtiyatda oldu. Lakin onun həlledici məqamlarda səhnəyə çıxması komandasına böyük kömək etdi. Xüsusən də, XXXI və XXXII turlarda "Bohum"la "Reqensburq"un qapısına yol tapmaqla "Aue"ni II Bundesliqada saxladı".

Yazıda o da vurğulanıb ki, baş məşqçi Daniel Meyer adıçəkilən iki oyunçunun mütləq komandada qalmasını tələb edib. Çalışdırıcı Nazarovu gələn mövsümün aparıcı simalarından biri qismində görür.

Dmitri Nazarovun "Aue" ilə müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail