UEFA və PSJ prezidentləri İlham Əliyevin qəbulunda - FOTOLAR

29.05.2019 | 4223 dəfə oxunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) prezidenti Aleksandr Çeferinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Stadium.Az “Azərtac”a istinadən xəbər verir ki, dövlət başçısı İlham Əliyev Aleksandr Çeferin və UEFA İcraiyyə Komitəsinin üzvləri ilə əvvəlki görüşünü xatırlayaraq yenidən nümayəndə heyətinin Bakıya səfərindən məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev Azərbaycan ilə UEFA arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib.

Avropa Futbol Assosiasiyaları Birliyinin prezidenti Aleksandr Çeferin Bakıda UEFA Avropa Liqasının final oyununun keçirilməsi üçün yüksək səviyyədə hazırlıq işlərinin görüldüyünü qeyd edib. O, Bakının çox gözəl şəhər olduğunu, müasir inkişafı və tarixi ənənələri özündə birləşdirdiyini vurğulayıb, onların paytaxtımızda özlərini çox rahat hiss etdiklərini deyib. UEFA-nın Prezidenti Aleksandr Çeferin Avropa Futbol Assosiasiyaları Birliyinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini qeyd edərək yaradılmış şəraitə görə minnətdarlığını bildirib.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail