UEFA Prezidenti Bakını seçmələrinin səbəbini açıqlayıb

28.05.2019 | 4743 dəfə oxunub

"Orada yaşayan insanlar futbolu sevirlər. Təkcə İngiltərə və Almaniyada deyil, hər yerdə futbolu inkişaf etdirməliyik. Bakıdakı azarkeşlər canlı futbol görmək istəyində haqlı deyillərmi?!"
 
Stadium.Az xəbər verirr ki, bu sözləri UEFA prezidenti Aleksandr Çeferin  “Der Şpigel” nəşrinə müsahibəsində deyib. Avroliqanın final matçı üçün niyə Bakını seçdiklərini açıqlayan qurum rəhbəri klubların üzləşdiyi problemə də toxunub:

"Klublar birbaşa biletləri geri qaytarıblar, çünki hamısını sata bilməyiblər. Yeri gəlmişkən, mən asan uçuşlar üçün aviabiletlərin olduğunu söylədim. Lakin kimsə bu haqda danışmır. Həmişə UEFA günahkar kimi göstərilir. Bu populizmdir. Hər klubun səyahət edən azarkeşlərini dəstəkləmək üçün konstruktiv təklifi, yaxud fondu olur. Əlbəttə, Bakı Londondan uzaqdır, lakin final üçün yer seçərkən həlledici görüşdə hər iki komandanın İngiltərədən olacağı bilinmirdi".

Çeferin erməni futbolçu Henrix Mxitaryanın Bakıya gəlməməsinə də münasibət bildirib: “Azərbaycan hərtərəfli təhlükəsizlik planı və zəmanət təqdim etdi. Lakin gəlməmək oyunçunun öz qərarı idi”.

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda İngiltərənin "Çelsi" və "Arsenal" klubları üz-üzə gələcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail