Azad Rəhimov: Mxitaryana görə F-16 qırıcılarını göndərək?

26.05.2019 | 4523 dəfə oxunub

Azərbaycan Bakıda olacağı müddətdə “Arsenal” klubunun futbolçusu Henrix Mxitaryanın təhlükəsizliyinə tam zəmanət verir.

Stadium.Az xəbər verir ki, bu haqda Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov CNN-ə verdiyi müsahibədə danışıb.Amerika telekanalının jurnalisti Azərbaycanın Mxitaryanın təhlükəsizliyinə daha çox zəmanət verməyə hazır olub-olmadığını soruşub. Nazir Azərbaycanın bütün mümkün zəmanətləri verdiyini vurğulayıb.

“Başqa nə etməliyik ki? Dalınca F-16 qırıcılarının müşayiəti ilə şəxsi təyyarə göndərməliyik? Bundan başqa nə edə bilərik axı?”, - deyə nazir bildirib.

Rəhimov Mxitaryanın Bakıya gələcəyi təqdirdə təhlükəsizliyinin tam təmin olunacağı ilə bağlı bütün sənədlərin həm UEFA, həm də futbolçunun çıxış etdiyi “Arsenal” futbol klubuna göndərildiyini diqqətə çatdırıb.

“Azərbaycan hökumətinin, həmçinin, Azərbaycan Futbol Federasiyaları Assosasiyası və təhlükəsizliyə cavab verən bütün dövlət orqanlarının adından zəmanət məktubu göndərmişəm”, - deyə nazir əlavə edib. 

O, həmçinin, qeyd edib ki, Mxitaryana şəxsən təhlükəsizliklə bağlı zəmanətlərin çatdırılması üçün onun Azərbaycan səfirliyi ilə əlaqə yaratması təklif edilsə də, futbolçu müraciət etməyib.

Bakıya gəlmək istəyən digər erməni əsilli futbol azarkeşlərinə gəlincə, nazir Azərbaycanın heç vaxt azarkeşlərin ölkədə keçirilən beynəlxalq miqyaslı idman tədbirlərində iştirakına əngəl yaratmadığını dilə gətirib.

“Erməni əsilli istənilən şəxs Azərbaycana viza almaq üçün sorğu göndərə bilər”, - deyə o əlavə edib.

UEFA Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Bundan əvvəl “Arsenal” klubu erməni futbolçu Henrix Mxitaryanı “Çelsi”yə qarşı matça Bakıya gətirməyəcəyini bəyan edib. 

“Biz Mxitaryanla bağlı bütün variantları nəzərdən keçirmişik, onunla və ailəsi ilə danışıqlar aparmışıq. Keçirilən görüşdən sonra qərara aldıq ki, o, final oyununda oynamayacaq. Biz artıq bu barədə UEFA-nı da məlumatlandırmışıq”, - deyə saytda dərc olunan bəyanatda deyilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail