Neymarla Mbappe arasında gərginlik - İKİSİNDƏN BİRİ GEDƏ BİLƏR

24.05.2019 | 5214 dəfə oxunub

Bu yay Neymar və ya Kilian Mbappe PSJ-dən ayrıla bilər. Stadium.Az "Sport.es"ə istinadən xəbər verir ki, Paris klubunun aparıcı oyunçuları arasında ciddi fikir ayrılıqları yaranıb.

Braziliyalı hücumçunun komandanın gənc oyunçuları tənqid edərək, onları az danışıb meydanda çox iş görməyə çağırmasından sonra fransalı futbolçu ilə münasibətləri gərginləşib. Çünki Mbappe bu sözlərin onun ünvanına deyildiyini düşünüb.

Mbappenin həmçinin hazırkı maaşından narazı olduğu vurğulanıb. O, hazırda Neymardan üç dəfə az maaş alır. 20 yaşlı hücumunun fikrincə, cari mövsüm öz oyunu ilə komandanın yüksək maaş almağa layiq biri olduğunu sübut edib.

İkili arasında münasibətlər o qədər mürəkkəb həddə çatıb ki, yayda onlardan biri PSJ-ni tərk edə bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail