Petr Çex karyerasını Bakıda başa vuracaq

10.05.2019 | 4163 dəfə oxunub

“Mənim üçün finalda kiminlə oynayacağımız önəmli deyil. Həlledici matçlara necə hazırlaşmaq barədə bilik və təcrübəm, oyun təcrübəsi sarıdan çatışmazlığımı kompensasiya etməyə kömək edəcək. Həmişə hazır olmalısan. Bu vacibdir. Dördüncü topu vurmağımız xoşuma gəldi. O anda finala vəsiqə qazandığımızı düşündüm”.

Stadium.Az xəbər verir ki, bu sözləri İngiltərənin “Arsenal” klubunun qapıçısı Petr Çex Avropa Liqasının yarımfinalında “Valensiya”ya qarşı keçirilən cavab oyununun (4:2) nəticəsini şərh edərkən deyib. 

Təcrübəli qolkiper Avropa Liqasının final matçından sonra karyerasını başa vuracağını elan edib: “Elə anlar olur ki, sən yaxşı oyundan sonra evə gəlirsən və düşünməyə başlayırsan ki, davam etməyə dəyərmi? Mən bir il daha artıq oynamaqdansa, gücümün tükənməyinə iki il qalmış getməyə üstünlük verirəm. “Arsenal” ilə finala çıxmağı arzu edirdim və bu da oldu. Cəsarət və soyuqqanlılıq göstərib, finalda daha yaxşı oyun sərgiləmək lazımdır. Mən hər mərhələni sonuncu oyunum kimi keçirmişəm. Sevinirəm ki, sonuncu oyunum final olacaq”.

Avropa Liqasının final oyunu mayın 29-da Bakıda keçiriləcək. “Arsenal”ın finaldakı rəqibi Londonun digər təmsilçisi, Petr Çexin sabiq komandası “Çelsi” olacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail