Həmyerlimiz "Birlik Kuboku"nun qalibi oldu

29.01.2012 | 4393 dəfə oxunub

Bu gün Rusiyada keçirilən ənənəvi “Birlik kuboku” turnirinə yekun vurulub. Stadium.az xəbər verir ki, Sankt-Peterburqda keçirilən yarışın həlledici oyununda Rusiyanın və Belarusun 21 yaşlılardan ibarət yığmaları (U-21) görüşüb. Ruslar 2:0 hesabı ilə qalib gəlib. 

Bununla da daha bir azərbaycanlı futbolçu “Birlik kuboku”nun qalibi olub. Bu, millimizə namizəd olan, AFFA-nın rəsmi dəvətinə hələ cavab verməyən Emin Mahmudovdur. Moskva “Spartak”ının 20 yaşlı yarımmüdafiəçisi Rusiyanın U-21-nin heyətinə cəlb edilərək, finalı əvəzedilmədən keçirib və 87-ci dəqiqədə sarı vərəqə alıb. 

Turnir bu ilə qədər klub səviyyəsində keçirilirdi və Rusiyadan Moskva “Spartak”ı ilə “Lokomotiv” qalib olub. Ölkəmiz 3 dəfə - 2006-cı ildə “Neftçi”, 2009-cu ildə “Xəzər Lənkəran”, 2011-ci ildə “İnter”lə “Birlik kuboku”nu qazanıb. Bu ildən turnirin reqlamenti dəyişdirilərək, U-21-lərin oynanılmağına qərar verildi və şimal qonşularımız qələbəsi ilə “İnter”in xələfi oldu.
 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail