Sadio Mane: "Barselona"nı elə bir futbolçuya sahib olduğu üçün qısqanıram"

01.05.2019 | 5007 dəfə oxunub

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində səfərdə "Barselona" ilə qarşılaşacaq "Liverpul"un seneqallı futbolçusu Sadio Mane açıqlama verib.

Stadium.Az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu, “Kamp Nou” haqqında danışıb:

“Keçən mövsüm Çempionlar Liqasının finalında oynamaq hamımız üçün böyük bir təcrübə oldu. İndi isə dünyanın ən yaxşı komandalarından birinə qarşı mübarizə aparacağıq. Bu oyunda meydanda olmaq və qol vurmaq istəyirəm. “Kamp Nou” möhtəşəm bir stadiondur. Uşaq olarkən, "Barselona"nın oyununu izləmək üçün bura gəlmişdim. Burda futbol izləmək çox zövqlüdür, oynamaq da möhtəşəm olacaq. “Kamp Nou”da oynamaq bizim üçün təzyiq deyil, motivasiya olar. Burdan müsbət nəticə ilə qayıtmaq üçün lazım olan hər şeyi edəcəyik”.

Əvvəllər "Liverpul"da forma geyinmiş, indi isə "Barselona"nın şərəfini qoruyan Filippe Koutinyo haqqında da danışan Mane, futbolda qəhrəmanı olan futbolçunun da adını açıqlayıb:

“Koutinyo möhtəşəm bir futbolçudur. "Barselona"nı elə bir futbolçuya sahib olduğu üçün qısqanıram. Hələ çox gəncdir və bundan sonra da özünü inkişaf etdirəcək. O, çox çalışqan bir futbolçudur".

Son vaxtlar adı "Real"la yanaşı çəkilən futbolçu, məsələ ilə bağlı danışaraq, "Liverpul"da xoşbəxt olduğunu deyib:

“Real-la bağlı mənim hansısa məlumatım yoxdur. Siz yazırsınız, mən oxuyuram. La Liqaya hörmət edirəm, amma Premyer Liqa möhtəşəm çempionatdır. "Liverpul"da çox xoşbəxtəm”.

"Barselona" – "Liverpul" matçı bu gün saat 23:00-da start götürəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail