Klopp: "Bizə də asan olmayacaq"

30.04.2019 | 4725 dəfə oxunub

“Məğlubiyyət çox maraqlı təcrübədir. Heç vaxt uduzmaq istəmirsən, ancaq bu, yaxşı dərmandır”.

Stadium.Az xəbər verir ki, bu sözləri “Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının yarımfinalının “Barselona” ilə sabah keçirələcək ilk oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

Almaniyalı mütəxəssis indiyədək bir neçə dəfə finalda uduzsa da, bundan yalnız təcrübə qazandığını, sınmadığını bildirib: “Son 6 finalda məğlub olmuşam. Ancaq həmin vaxtlar həyatımın ən gözəl günləri olub. Məğlubiyyətlər məni sındırmayıb. Mənim üçün həyat yenidən toparlanmaqdır”.

Klopp möhtəşəm "Nou Kamp" stadionunda çəkinmədən mübarizə aparacaqlarını əlavə edib: "Nou Kamp" çox böyük arenadır. Ancaq futbol məbədi deyil, adi stadiondur. Düzdür, bir çox komandalar bu stadionda əziyyət çəkiblər. Bizə də asan olmayacaq. Ancaq yaxşı nəticə qazanmağa çalışacağıq.

Bu gün "Nou Kamp"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail