Zidan: "Vəziyyəti dəyişmək lazımdır"

22.04.2019 | 4767 dəfə oxunub

"Mənə nəyin lazım olduğunu əla bilirəm. Klub rəhbərliyi ilə transferlər haqqında danışacağam. Amma kimləri transfer etmək istədiyimizi açıqlamayacam".

Stadium.Az "Marca"ya istinadən xəbər verir ki, bu sözləri "Real"ın baş məşqçisi Zinəddin Zidan yay transfer pəncərəsi planları haqda danışarkən deyib.

O bildirib ki, Madrid təmsilçisinin prezidenti Florentino Peres kluba qayıdan zaman onun qarşısına hər hansı şərt qoymayıb: "Biz nə etmək lazım olduğunu, həmçinin oyunçular haqda danışmışıq. Baxaq, hansı transferlər alınacaq. Amma dəyişiklik olacaq".

Zidan yeni futbolçular almaq üçün bəzi oyunçuları satacaqları iddialarına da münasibət bildirib: "Bu haqda danışmaq üçün bizə vaxt lazım olacaq. Bu, istənilən oyunçu ola bilər. "Real" həmişə ən yaxşı futbolçuları komandaya dəvət edir. Bu, klub üçün yaxşı mövsüm deyil. Vəziyyəti dəyişmək lazımdır".

"Real"ın baş məşqçisi futbolçusu Qaret Beylin klubdakı gələcəyinin hələlik müzakirə etmədiklərini də vurğulayıb.

"Real"ın Eden Hazard ("Çelsi"), Pol Poqba ("Mançester Yunayted", Luka Yoviç ("Benfika") və Matteys de Liqti ("Ayaks") transfer etmək istədiyi iddia olunur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail